Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əsas kapitala 9 114,9 milyon manat və yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,8% çox vəsait yönəldilib.
Bu barədə Dövlət Statistika Komitəsi xəbər verib.
Məlumata görə, son bir ildə neft-qaz sektoruna investisiyalar 15%, qeyri-neft-qaz sektoruna investisiyalar isə 24,3% artıb.
Yeddi ay ərzində istifadə olunmuş vəsaitin 5 045 milyon manatı və yaxud 55,3%-i məhsul istehsalı sahələrinə, 3 600,5 milyon manatı və yaxud 39,5%-i xidmət sahələrinin, 469,4 milyon manatı və yaxud 5,2%-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 6 877,5 milyon manatını və yaxud 75,5%-ni daxili vəsaitlər təşkil edib, 6 679 milyon manatı və yaxud 73,3%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 44,7%, büdcə vəsaitləri 39,7%, əhalinin şəxsi vəsaitləri 6,7%, bank kreditləri 3,0%, digər vəsaitlər isə 5,9% paya malik olub.