TERO GROUP LLC
“Tero Group LLC” ilk olaraq 1990-cı ildə “Emin Te” adı ilə təsis olunmuş şirkətdir. Fəaliyyətə başlayan gündən etibarən Azərbaycana məhsul idxal edən ilk şirkətlərdən biri olmuşdur.
Həmin illər də bir çox şirkətlər ilə əməkdaşlıq etmişdir.1990-cı illərdə başlamış Birinci Qarabağ müharibəsi zamanı şirkətimiz müəyyən səbəblərdən fəaliyyətini müvəqqəti olaraq sonlandırmaq məcburiyyətində qalmışdır.
2015-ci ildə “Emin Te” şirkəti adını dəyişdirərək “TERO MMC” olaraq şirkətin fəaliyyətini bərpa etmişdir. 2020-ci ildən etibarən isə “TERO GROUP LLC” adı ilə fəaliyyət göstərmişdir.Hal-hazırda şirkətimiz Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, İraq kimi xarici ölkələrdən politilen borular, politilen xammal və digər məhsullarını Azərbaycana idxalını həyata keçiririk. Həmçinin, Azərbaycanda rəsmi distributorluğunu da öz üzərimizə götürdüyümüz məhsullar üzrə fəaliyyət göstəririk.
Politilen borular, politilen xammal üzrə Azərbaycanda rəsmi olaraq distribyutorluğu olan bir şirkətdir.Bizim üçün ən böyük nailiyyət, partnyorlarımızın rəy və məmnuniyyətidir. Biz hər bir partnyorla yaxından əməkdaşlıq edirik və öz işçi heyətimizlə operativ şəkildə çalışmağa önəm veririk. Keyfiyyətli və zəmanətli məhsulların təminatı, sürətli və effektiv iş prinsiplərimiz bizim üçün əsas prioritetlərdəndir.
Emin Talıbov
“Tero MMC”-nin Təsisçisi